Azərbaycan gimnastlarından tarixi nəticə
Azərbaycan komandası Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (13-19 yaş qrupu) ibarət qadın qrupu balans hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təsnifat mərhələsində gimnastlarımızın çıxışı hakimlər tərəfindən 28.250 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində çıxış edən təmsilçilərimiz hakimlərdən 26.870 xal alıblar. İki hərəkətin cəmində 55.120 xal toplayan qrupumuz finala yüksəlib. Finalda qarışıq hərəkətlər üzrə hakimlərdən 28.930 xal alan idmançılarımız bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıblar.
Bu, Azərbaycanın gimnastika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.
Bizi Facebook-da izləyin