Türkiyə klubu yeni baş məşqçinin adını açıqladı
Türkiyənin Super Liqa klublarından “Yeni Malatyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Cihat Arslan təyin edilib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Türkiyəli mütəxəssis istefaya göndərilən Adem Büyükü əvəzləyib.
“Yeni Malatyaspor” Super Liqada 17 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin