“Onunla bir-birimizi yaxşı başa düşürük” – Keyn
“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqanın 27-ci turunun “Lids”lə oyunundan sonra açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis futbolçu, qələbəyə layiq olduqlarını bildirib:
“Komandamız yenidən öz “yoluna” düşüb. “Lids”lə görüşdə fantastik oynadıq. Üç xala layiq idik.
Son Hın Minlə meydandakı anlaşmamız? Biz onunla yaxşı anlaşırıq. Uzun müddətdir də dostuq. Onunla bir-birimizi yaxşı başa düşürük”.
“Tottenhem” “Lids”i 4:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin