Konfrans Liqası: “Qarabağ”ın futbolçusu ən yaxşıdır
UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
Komanda.az xəbər verir ki, ən yaxşı nəticəyə sahib oyunçular arasında “Qarabağ”ın kapitanı Maksim Medvedev də var. O, Konfrans Liqasında ən çox top qazanan futbolçudur. 33 yaşlı müdafiəçi turnirin əsas mərhələsində keçirdiyi 8 qarşılaşmada 65 dəfə buna müvəffəq olub.
2-3-cü yerləri Danimarka “Rander”sindən Simon Pyezinger və Çexiya “Yablonets”indən Yaroslav Zeleni (hərəyə 61) bölüşdürür. “Qarabağ”ın digər futbolçusu Kevin Medina isə bu göstəricidə 4-cüdür (59 dəfə).
Ümumilikdə, Azərbaycan təmsilçisi topa sahib olmada (59 faiz) 3-cü, qapıya zərbələrdə (132) 2-ci və top qazanmada (307) 6-cı yerdədir.
“Qarabağ” Konfrans Liqasının 1/16 mərhələsində “Marsel”ə (Fransa) ümumilikdə 1:6 hesabı ilə uduzmaqla turnirdə mübarizəsini dayandırıb
Bizi Facebook-da izləyin