“Fənərbaxça” 10 futbolçu ilə vidalaşacaq, Soldado üçün təklif gözləyəcək
Türkiyənin “Fənərbaxça” klubu mövsümün sonunda bir neçə futbolçusuyla yollarını ayıracaq.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Karlos Kameni, Martin Şkrtel, Roman Noyştadter, Şener Özbayraklı, İsmayıl Köybaşı, Yassin Benzia, Tolqa Ciğerci, İslam Slimani və Andre Ayyu ilə yollarını ayıracaq.
Roberto Soldadoun durumu isə şübhəlidir. İspan hücumçuya yaxşı təklif gələcəyi təqdirdə, satılacaq. Komandanın digər hücumçusu Mixael Frayın isə icarəyə göndəriləcəyi gözlənilir.
“Fənərbaxça” Super Liqada 28 turdan sonra 33 xalla 14-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin