UEFA “Qarabağ”la oyunda baş verənlərə görə intizam işi açdı
UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə (Fransa) qarşı iş açıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açılıb. Buna səbəb tribunalarda qadağan olunmuş bannerin (bayrağın) görünməsi, azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi və stadionda keçidlərin bağlanması olub.
İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.
“Qarabağ”la “Marsel” arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin