“İnter” Perişiçlə razılığa gəldi – detallar
İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi İvan Perişiçlə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq. Xorvat futbolçunun maaşı hər mövsüm üçün 4,5 milyon avro olacaq. Tərəflər gələn ay rəsmi müqavilə imzalamağı planlaşdırır.
Perişiçin hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin