“Neymar ehtiyatda qalmalıdır” – keçmiş futbolçu
PSJ-nin keçmiş futbolçusu Jerom Roten Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyununda parislilərin Neymardan daha yaxşı istifadə etməli olduqlarını bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçu, braziliyalı hücumçunun oyuna ehtiyat oyunçular skamyasından başlamalı olduğunu deyib:
“Neymar ehtiyat oyunçular skamyasında qalmalı və sona 20 dəqiqə qalmış dəyişdirilməlidir. O, fərq yarada biləcək oyunçudur.
Neymar oynamağa hazırdır və yəqin ki, matça start heyətində başlamaq istəyir. Amma onun ən yaxşı səviyyəyə çatması üçün vaxt lazımdır.
Ona oynamaq üçün 20 dəqiqə vaxt vermək bir seçimdir, həm də riskdir. Çünki Neymar iki ay yarımdır oynamır”.
PSJ – “Real” matçı bu gün, saat 00.00-da start götürəcək.
Bizi Facebook-da izləyin