İsgəndərlinin komandası evdə xal itirdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
“Keçiörengücü” 23 turdan sonra 27 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin