“Yuventus” atamın sevdiyi klubdur” – yeni transfer

“Yuventus”un yeni transferi Denis Zakaria açıqlama verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Yuventus”u seçmə səbəbini açıqlayıb:

“Yuventus”u seçdim, çünki hər zaman xəyalımda olan bir klub idi. “Borussiya”dan ayrılacağımı düşünürdüm, amma bu qədər tez olacağını təsəvvür etməzdim. Düzgün qərar verdiyimə əminəm.

Burada olmaqdan qürur duyuram. “Yuventus” atamın sevdiyi klubdur. Buna görə, klub haqda məlumatım çoxdur. Əlimdən gələnin ən yaxşısını etməyə və mümkün olduqca komanda yoldaşlarıma kömək etməyə çalışacam”.

“Yuventus” Zakaria ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button