“Qarabağ”ın rəqibi 1/4 finala penaltilərlə vəsiqə qazandı
Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə beş qarşılaşma baş tutub.
“Nant” “Brest”i, “Amyen” “Nansi”ni, “Versal” isə “Tuluza”nı mübarizədən kənarlaşdırıb.
“Bastiya” “Reyms”lə oyunda penaltilərlə mərhələ adlayıb. “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i isə “Monpelye” ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Nəticədə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Olimpik” 1/4 finala yüksəlib.
Fransa kuboku, 1/8 final
29 yanvar
Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)
30 yanvar
21:30. Berjerak – Sent Etyen
00:00. PSJ – Nitsa
31 yanvar
00:15. Lans – Monako
Bizi Facebook-da izləyin