Super Liqa klubunda baş məşqçi və 2 futbolçuda koronavirus aşkarlandı
Türkiyənin “Qaziantep” komandasının baş məşqçisi Erol Bulutda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Super Liqanın 23-cü turu çərçivəsində baş tutacaq “Antalyaspor”la səfər oyunundan öncə klub kollektivindən COVİD-19 testi götürülüb. Nəticədə baş məşqçi Erol Bulutun koronavirusa yoluxduğu müəyyənləşib. Onunla yanaşı, iki futbolçunun da testi pozitiv çıxıb. Bunlar Məhəmməd Dəmir və Amedey Vetrihdir. Onların hamısı karantinə alınıb və Antalyaya aparılmayacaqlar.
“Antalyaspor” – “Qaziantep” matçı yanvarın 23-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin