Azərbaycanlı futbolçunun klubundan 3 transfer
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” (Türkiyə) klubu heyətini üç yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisi “İğdırspor”dan müdafiəçi Erkam Reşmen, “Altay”dan yarımmüdafiəçi Ziya Alkurt və “Kayserispor”dan Antonio Uzodimmanı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Erkəm və Ziya birdəfəlik transfer edilib. Antonio isə mövsümün sonuna qədər icarə əsasında “Keçiörengücü”də çıxış edəcək.
Vüsal bu mövsüm “Keçiörengücü”ndə 17 oyuna 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin