“Karyeramı “Real”da bitirmək istəyirəm və bunu açıq şəkildə demişəm”

“Real”ın almaniyalı futbolçusu Toni Kroos açıqlama verib.

Komanda.az xəbər verir ki, Almaniyanın “Kicker” nəşrinə danışan 32 yaşlı yarımmüdafiəçi, karyerasını “Real”da bitirmək istədiyini deyib:

“Özüm bilərəkdən müqaviləmi 2023-cü ilin yayına qədər uzatmışam. Bu müddət bitəndə artıq 33 yaşım olacaq. Gələcəyi düşünmək üçün uyğun vaxtdır.

“Real”da artıq 8-ci mövsümümdür. Burdakı hər kəslə yaxşı münasibətim var. Karyeramı “Real”da bitirmək istəyirəm və bunu açıq şəkildə demişəm. Bilmirəm, bəlkə 2023-də oldu, bəlkə iki-üç il sonra. Bu haqda çox düşünməyə ehtiyac yoxdur.

Kluba nə verdiyimi və klubdan nə aldığımı yaxşı bilirəm. Özümü yaxşı hiss edirəm, amma əsas olan “Real”ın səviyyəsinə uyğun olmaqdır”.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. O, bu mövsüm Madrid təmsilçisi ilə 20 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button