Şevçenko istefaya göndərilir

İtaliyanın “Cenoa” klubunda baş məşqçi Andrey Şevçenko ilə yollar ayrıla bilər.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi komandanın çıxışından narazıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Şevçenkonun yaxın zamanda istefaya göndəriləcəyi bildirilib.

Ukraynalı mütəxəssis 2021-ci ilin noyabrından “Cenoa”nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 10 matçda 1 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button