“Lill” – “Loryan” matçı koronavirusa görə təxirə salındı

Futbol üzrə Fransa çempionatının 20-ci turunun “Lill” – “Loryan” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə qarşılaşmanın təxirə salınmasının koronavirus pandemiyası ilə bağlı olduğu bildirilir. Belə ki, hər iki komandanın heyətində COVİD-19 testi pozitiv çıxanlar olduğu üçün görüşün başqa tarixdə keçirilməsinə qərar verilib.

Sözügedən qarşılaşma yanvarın 8-də keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button