“Fənərbaxça” evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “Trabzonspor” doğma meydanda autsayder “Yeni Malatyaspor”u qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

“Qalatasaray” bu turda “Girəsunspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla uduzub.

“Beşiktaş” “Rizəspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İstanbulun digər təmsilçisi “Fənərbaxça”nın rəqibi isə “Adana Dəmirspor” olub. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 20-ci tur

7 yanvar

Trabzonspor – Yeni Malatyaspor 1:0
Qol
: Kornelius, 23.

8 yanvar

Qaziantep – Fatih Karagümrük 3:1
Qol
: F.Soyalp, 6. M.Dəmir, 18. Fiqeyredo, 73 – E.Mor, 51.

Alanyaspor – Başakşəhər 1:1
Qol
: Babakar, 13 – Kaysara, 45.

Kasımpaşa – Hatayspor 3:1
Qol
: Eysserik, 1. U.Bozok, 6. Travnik, 50 – O.Ergün, 75.

Qalatasaray – Girəsunspor 0:1
Qol
: M.Süleymanov, 11.

9 yanvar

Konyaspor – Sivasspor 0:1
Qol
: Ceyms, 66.

Göztəpə – Antalyaspor 4:0
Qol
: Nukan, 22. Ndiaye, 51; 61; 78.

Kayserispor – Altay 1:0
Qol
: M.Pektemek, 33.

Rizəspor – Beşiktaş 2:2
Qol
: Pohyanpalo, 56; 68 – Batşuayi, 25. E.İlkhan, 60.

10 yanvar

Fənərbaxça – Adana Dəmirspor 1:2
Qol
: Valensiya, 29 – G.İnler, 34. Belhanda, 46.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button