Fransa klubunun futbolçusu saxlanıldı – zorakılıqda ittiham olunur
Fransanın “Lans” klubunun futbolçusu Fakundo Medina saxlanılıb.
Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, argentinalı oyunçunun sevgilisinə zorakılıqda ittiham olunduğu bildirilib.
Fakundo dekabrın 25-də sevgilisi ilə mübahisə edib və ona fiziki güc tətbiq edib.
Argentinalı müdafiəçi bu mövsüm Fransa Liqa 1-də 16 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin