Messinin ən pis ilk dövrəsi

PSJ-nin futbolçusu Lionel Messi karyerasının ən uğursuz mövsümlərindən birini yaşayır.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu Paris təmsilçisi ilə Liqa 1-in ilk dövrəsini cəmi 1 qolla bitirib.

Messi ölkə çempionatında çıxdığı 11 oyunda cəmi 1 qol vurub və 4 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçu bununla da, karyerasının ən faydasız ilk dövrəsini keçirib.

Messi ötən mövsüm çıxış etdiyi “Barselona” ilə 47 oyunda 38 qol vurub, 11 məhsuldar ötürmə edib. Argentinalı oyunçu bu performansına görə 7-ci dəfə “qızıl top” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button