Fransa klubu milli üzvü ilə gücləndi
Fransanın “Lans” klubu heyətini yeni gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Norveçin “Bude-Qlimt” klubundan Patrik Berqi heyətinə qatıb. Bu barədə “Lans”ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 4 illikdir. “Lans” Patrik üçün “Bude-Qlimt”ə 4,5 milyon avro ödəyəcək.
Norveç milli komandasının da üzvü olan Berq bu mövsüm “Bude-Qlimt”lə 41 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin