İsgəndərlinin komandasından çətin qələbə
Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Vüsal da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.
“Keçiörengücü” 16 turdan sonra 17 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin