“Konfrans Liqasına hörmətsizlik etmək istəmirəm, amma bu turnir haqda bir fikrim yoxdur”
Konfrans Liqasında pley-off mərhələsində çıxış edəcək “Lester”in baş məşqçisi Brendan Rocers açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rocers, yeni yaradılan turnirin nə olduğunu bilmədiyini deyib:
“Açığı, Konfrans Liqasının nə olduğunu bilmirəm. Mən bütün diqqətimi Avropa Liqasına vermişdim.
Konfrans Liqasına hörmətsizlik etmək istəmirəm, amma bu turnir haqda bir fikrim yoxdur. Bundan sonra artıq hər şeyi öyrənəcəm”.
Avropa Liqasında C qrupunu 3-cü sırada bitirən “Lester” mübarizəsinə Konfrans Liqasının pley-off mərhələsində davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin