“Yuventus” braziliyalını icarəyə verəcək

İtaliyanın “Yuventus” klubu futbolçusu Arturu qışda icarəyə verə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Artur “Yuventus”da oyun praktikasının azlığından şikayətçidir. O, bir müddət əvvəl klub rəhbərliyinə daha çox şans qazanmaq istədiyini bildirib. “Yuventus” rəsmiləri braziliyalı yarımmüdafiəçini mövsümün sonuna qədər başqa komandaya icarəyə verməyi düşünür.

Artur bu mövsüm “Yuventus”la 7 oyunda cəmi 166 dəqiqə şans qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button