“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Norviç” səfərdə “Nyukasl”la qarşılaşıb. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Lids” isə “Kristal Pelas”ı qəbul edib. Meydan sahibləri son dəqiqə qolu ilə bu görüşdən qalib ayrılıblar.

Lider “Çelsi” səfərdə “Uotford”un, “Mançester Siti” “Aston Villa”nın, “Liverpul” isə “Everton”un qonağı olub. İlk üçlükdə qərarlaşan komandaların hamısı səfərdən qələbə ilə dönüb.

Dörd qolun qeydə alındığı “Sauthempton” – “Lester Siti” matçında qalib müəyyənləşməyib. “Vest Hem” – “Brayton” və “Vulverhempton” – “Bernli” görüşləri də heç-heçə bitib.

“Tottenhem” bu turda “Brentford”u qəbul edib və inamlı qələbəyə sevinib. Turun mərkəzi oyununda isə “Mançester Yunayted” “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri Kristiano Ronaldonun dubla imza atdığı bu görüşdən əzmkar qələbə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 14-cü tur

30 noyabr

Nyukasl – Norviç Siti 1:1
Qol
: Uilson, 61-pen – Pukki, 79.

Lids – Kristal Pelas 1:0
Qol: Rapinya, 90+3-pen.

1 dekabr

Sauthempton – Lester Siti 2:2
Qol
: Bednarek, 3. Adams, 34 – Evans, 22. Meddison, 49.

Uotford – Çelsi 1:2
Qol
: Dennis, 43 – Maunt, 29. Ziyeş, 72.

Vest Hem – Brayton 1:1
Qol
: Souçek, 5 – Maupay, 89.

Vulverhempton – Bernli 0:0

Aston Villa – Mançester Siti 1:2
Qol
: Uotkins, 47 – R.Dias, 27. B.Silva, 43.

Everton – Liverpul 1:4
Qol
: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.

2 dekabr

Tottenhem – Brentford 2:0
Qol
: Kanos, 12-öz qapısına. Son, 65.

Mançester Yunayted – Arsenal 3:2
Qol
: B.Fernandes, 44. Ronaldo, 52; 70 – Smit Rou, 13. Edeqor, 54.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button