“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu
Futbol üzrə Türkiyə çempionatında uğursuz mövsüm keçirən “Beşiktaş” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, ötən mövsümün qalibi olmasına baxmayaraq, son dörd oyununda məğlubiyyətlə üzləşən İstanbul təmsilçisinin qapıçısı Mert Günök sıradan çıxıb.
Super Liqanın 14-cü turu çərçivəsində baş tutan “Girəsunspor”la matçda (0:4) dizindən ağır zədə alan futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Matçın sonlarında zədələnən və meydanı xərəkdə tərk edən 32 yaşlı qolkiper dərhal xəstəxanaya aparılıb. Onun sol diz çapraz bağının qopduğu müəyyənləşib. Ən qısa zamanda əməliyyat olunacaq Mertin azı 6 aylıq müalicə kursu keçəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin