“Lion” səfərdə, “Marsel” evdə qələbə qazandı
Futbol üzrə Fransa çempionatında 15-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Lans” doğma meydanda “Anje”ni qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Bu mövsüm uğursuz çıxış edən “Lill”in rəqibi “Nant” olub. Son çempion bu oyundan da xal itkisi ilə ayrılıb. “Nitsa” isə evdə “Mets”ə uduzub.
Lider PSJ səfərdə “Sent-Etyen”in müqavimətini qırmağa çalışıb. Hesabı meydan sahibləri açıblar. Amma Paris təmsilçisi qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbə qazanıb. “Monako” “Strasburq”la oyundan heç-heçə ilə ayrılıb. “Lion” “Monpelye”ni sınağa çəkib və minimal hesabla qalib gəlib. Tura “Marsel” – “Trua” matçıyla yekun vurulub. Bu oyunda isə meydan sahibləri minimal hesabla üstün olublar.
Fransa Liqa 1, 15-ci tur
26 noyabr
Lans – Anje 2:2
Qol: Kakuta, 48. Sotoka, 55 – Bufal, 40. Tomas, 70.
27 noyabr
Lill – Nant 1:1
Qol: B.Yılmaz, 9 – Blas, 24.
Nitsa – Mets 0:1
Qol: Kentonze, 31.
28 noyabr
Sent-Etyen – PSJ 1:3
Qol: Buanqa, 23 – Markinyos, 45+1; 90+1. Di Mariya, 79.
Bordo – Brest 1:2
Qol: Qreqersen, 43 – Le Duaron, 60; 66.
Loryan – Renn 0:2
Qol: Labord, 75. Doku, 78.
Monako – Strasburq 1:1
Qol: Ben Yedder, 45+1-pen – Ayorke, 48-pen.
Reyms – Klermon 1:0
Qol: Kanon, 90+1.
Monpelye – Lion 0:1
Qol: Paketa, 17.
Marsel – Trua 1:0
Qol: Lirola, 74.
Bombardir: Conatan Devid (Lill) – 10 qol.
Bizi Facebook-da izləyin