Avropa klublarının skautları “Qalatasaray”ın hücumçusunu izləyəcək
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kərəm Aktürkoğlu Avropa klublarının hədəfindədir.
Komanda.az xəbər verir ki, Fransanın “Lion”, “Lill”, İtaliyanın “Roma”, “Atalanta”, Almaniyanın “Volfsburq”, “Ştutqart”, “Ayntraxt” (Frankfurt) və İspaniyanın “Valensiya” klubu türkiyəli hücumçu ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Sözügedən klubların nümayəndələri bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Marsel” oyununda Kərəmi izləyəcək.
23 yaşlı hücumçu bu mövsüm 23 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin