“Qarabağ”la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”

“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatında “Aris”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Berq, 3:0 hesabıyla qələbə qazandıqları matçı şərh edərkən Konfrans Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da danışıb:

“Çətin qələbə qazandıq. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi “Qarabağ”la matça yönəldəcəyik”.

Hər matça fərqli yanaşırıq. İndi “Qarabağ”la qarşılaşacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət olacaq. Onlar o qədər də çox şans əldə etmirlər. Ondan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca izləyirik. Hazırda fikrimiz “Qarabağ”dadır”.

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. “Qarabağ” 10 xalla qrup lideridir. “Omoniya” isə 2 xalla 3-cü yedədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button