“Sumqayıt” – “Səbail” matçında 6 qol


Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Səbail” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutub.

Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3.

“Səbail” noyabrın 20-də Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə”nin qonağı olacaq. “Sumqayıt” isə noyabrın 21-də səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.

Yoxlama oyunu

13 noyabr

Sumqayıt – Səbail 3:3
Qol
: Rəhim Sadıxov, 20; Yusif Nəbiyev, 36; 55 – Cavid Tağıyev, 42. Rauf Əliyev, 55-pen. Vidadi Cəfərov, 82.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button