Qazaxıstanda çempion bilindi – “Qarabağ”ın rəqibi 3-cü oldu
Futbol üzrə Qazaxıstan çempionatında mövsüm başa çatıb.
Komanda.az xəbər verir ki, sonuncu turda “Tobol” səfərdə “Akjayık”la üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən qonaqlar xallarının sayını 61-ə çatdıraraq, mövsümü ilk pillədə başa vurublar. Bununla da, “Tobol” tarixində ikinci dəfə Qazaxıstan çempionu olub.
Sonuncu turda “Turan”la 1:1 hesablı heç-heçə edən “Astana” 57 xalla ikinci, “Jetısu” ilə qolsuz bərabərə qalan “Kayrat” isə 51 xalla üçüncü yeri tutub.
“Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək. Bakıda keçirilən ilk oyunda “köhlən atlar” “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin