Qəza törətdi, polisdən qaçmağa çalışdı
Fransanın “Klermon” klubunun futbolçusu Məhəmməd Bayo saxlanılıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu avtomobiliylə qaydanı pozub və qəza törədib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bayo avtomobiliylə gedərkən işıqforun qırmızı işığında dayanmayıb və yüngül qəza törədib. Futbolçu hadisə yerinə gələn polislərdən qaçmağa çalışsa da, saxlanılıb. Bayonun qanında alkoqol aşkarlanıb. Futbolçu hazırda polis nəzarətindədir.
Bayo Liqa 1-in 11-ci turu çərçivəsində, oktyabrın 23-də “Nant”la keçirilən səfər matçında “Klermon”un yeganə qoluna imza atıb. “Klermon” həmin matçda 1:2 hesabıyla uduzub.
Bayo bu mövsüm Liqa 1-də 9 oyunda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin