Kənan Xəlilov AÇ-də 5-ci oldu
Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriliir.
Komanda.az xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.
Bu gün onlardan ilk olaraq Kənan Xəlilov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 269 kq (124+145) nəticə ilə bu qrupda 5-ci yeri tutub. Onun yekun sıralamada tutduğu yer A qrupundakı yarışlar bitəndən sonra bilinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin