MY rəhbərliyi Poqbaya düşünmək üçün vaxt verdi
“Mançester Yunayted” klubu futbolçusu Pol Poqbaya ultimatum verib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalı yarımmüdafiəçiyə illik 24 milyon avro qazanacağı müqavilə təklif etsə də, Poqba hələ cavab verməyib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Mançester Yunayted” rəhbərliyi futbolçuya dekabrın 25-nə qədər vaxt verib. Poqba bu tarixə qədər təklifə ya “hə”, ya da “yox” deməlidir.
Poqba ilə PSJ də maraqlanır. Paris təmsilçisi 28 yaşlı futbolçuya illik 30 milyon avro ödəməyə hazırdır.
Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm Premyer Liqada 7 oyunda 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin