Qurbanov “fərqləndi”, “Slaviya” darmadağına üzüldü
Futbol üzrə Belarus çempionatında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qomel”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Ruslan da bu görüşün iştirakçısı olub. O, 53-cü dəqiqədə meydana buraxılıb. Qurbanov 90+3-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
“Slaviya” hazırda 21 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin