“Fənərbaxça”nın sabiq futbolçusu silahla adam öldürdü, həbs olundu
Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klubunun sabiq futbolçusu Sezər Öztürk saxlanılıb.
Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi avtomobilinə yol verməyən bir sürücü ilə mübahisə edib. Daha sonra o silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Hadisə nəticəsində Halil İbrahim adlı şəxs həlak olub, dörd nəfər isə yaralanıb. Sezər Öztürkün həbs olunduğu bildirilir.
Sezər Öztürk 2011-2013-cü illərdə “Fənərbaxça”da, 2013-2016-cı illərdə isə “Beşiktaş”da çıxış edib. O, 2016-cı ildə futbolçu karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin