“Bu adamlar futbolu öldürməyə çalışdılar” – UEFA prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xəbər verir ki, sloveniyalı funksioner, Avropa Super Liqası layihəsinin yaradıcılarını bacarıqsız adlandırıb:

“Layihənin qurucularının bacarıqsız rəhbərləri var. Bu adamlar futbolu öldürməyə çalışdılar. Futbolçularla maaş məsələsini özləri həll edirlər, daha sonra da maaşın yüksək olmasından şikayətlənirlər.

“Real”ın prezidenti Florentino Peres klubun ancaq Avropa Super Liqası layihəsi ilə özünü saxlaya biləcəyini dedi. Ancaq bundan sonra gedib Kilian Mbappe üçün PSJ-yə 180 milyon avro təklif edirlər”.

Aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan layihənin rəhbərləri – “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button