Neymar: “Mənə hörmət etmələri üçün daha nə etməliyəm?”

Braziliya milli komandasının və PSJ-nin futbolçusu Neymar açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu, son zamanlarda tənqid olunması ilə bağlı fikirlərini söyləyib:

“Əlbəttə, hər şeydən əvvəl komanda gəlir. Amma seçmə mərhələdə ən çox qol vuran, ən çox məhsuldar ötürmə edən oyunçuyam. Yaxın zamanda Peleni keçib, Braziliya yığması ilə ən çox qol vuran futbolçu olacam. Mənə hörmət etmələri üçün daha nə etməliyəm?

Bəzən mətbuata danışmamaq, telekanallara çıxmamaq istəyirəm. Lakin məcbur oluram və açıqlama verirəm”.

Braziliya millisinin bombardiri 77 qolla sabiq hücumçu Peledir. Neymarın aktivində isə 69 qol var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button