DÇ-2022: İrlandiya – Azərbaycan matçının hakimləri bilindi

DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək İrlandiya – Azərbaycan matçının hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Jerom Brisar olacaq. Ona yan xətt hakimləri Benjamen Pajes və Ervan Finjan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Stefani Frappar yerinə yetirəcək.

Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button