Ronaldo Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol üzrə Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri səfər oyununu buraxacaq.

Komanda.az xəbər verir ki, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.

Görüşdə dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün xəbərdarlıq alıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button