Portuqaliya yığmasında növbəti itki – Azərbaycanla oyunu buraxacaq
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, millinin yarımmüdafiəçisi Pedro Qonçalveş zədələnib. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Sportinq” klubunda çıxış edən 23 yaşlı futbolçu heyətdən çıxarılıb.
Portuqaliya millisində bundan əvvəl Rikardo Pereyra və Qonsalo İnasio zədə səbəbindən heyətdən çıxarılmışdı.
Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin