Azərbaycanlı futbolçu üçün nigeriyalı rəqib

Türkiyənin “Keçiörengücü” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Komanda.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi nigeriyalı vinger İbrahim Olavoyini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Olavoyin son olaraq Nigeriyanın “Enuqu Reyncers” klubunda forma geyinib.

Qeyd edək ki, “Keçiörengücü” komandasında azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərli də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button