“Real” milli üzvü ilə müqaviləni yenilədi – rəsmi
İspaniyanın “Real” klubu futbolçusu Federiko Valverde ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvay milli komandasının da üzvü olan Valverde 2018-ci ilin yayından “Real”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin