“Mançester Yunayted”dən Braziliya klubuna
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Andreas Pereyranı icarəyə verib.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Flamenqo”ya keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pereyra 2021/2022 mövsümünü “Flamenqo”da keçirəcək.
2012-ci ildən “Mançester Yunayted”də çıxış edən Pereyra ötən mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin