Əliyar Ağayev Konfrans Liqasının oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin “Gent” (Belçika) və “Rakuv” (Polşa) komandaları arasında Belçikada keçiriləcək cavab oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Avqustun 26-da keçiriləcək “Gent” – “Rakuv” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button