“Legiya”nın sabiq futbolçusu Mahir Emrelini tənqid etdi
Polşanın “Legiya” komandasının sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində “Dinamo”ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da fikirlərini söyləyib:
“Legiya” bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya vurmalı idi.
Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pekqart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes “Dinamo” ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağaını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var”.
Mahir Emreli “Legiya”nın “Dinamo”ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqə meydanda qalıb. O, Tomaş Pekqartla əvəzlənib.
Bizi Facebook-da izləyin