“Lester” “Arsenal”a elə bir qiymət dedi ki…
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, London təmsilçisi “Lester”dən Ceyms Meddisonu transfer etmək niyyətindədir. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.
“Tülkülər” 24 yaşlı yarımmüdafiəçi üçün azı 70 milyon avro tələb edir. “Lester” ancaq bu məbləğə Meddisonu buraxa bilər.
İngiltərə milli komandasının da üzvü olan yarımmüdafiəçi 2018-ci ildən “Lester”də çıxış edir. O, bu komanda ilə 118 matçda 27 qol vurub, 28 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin