“Bu, baş məşqçinin seçimi olacaq” – Mahir Emreli

“Legiya”nın futbolçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Bude-Qlimt”lə cavab matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Emreli, media nümayəndələri ilə görüşdə bunları deyib:

“Hər məşqçinin öz komandası, oyunçuları, hazırlıq planı olur. Ona görə də, “Qarabağ” və “Legiya” komandalarını müqayisə edə bilmərəm.

“Legiya”da hamı məni əla qarşıladı. Burda komanda yoldaşlarımla rus və ingilis dilində danışıram. Baş məşqçimiz müsbət enerjili insandır. Mənim kollektivə uyğunlaşmağıma çox kömək etdilər.

Məşqlərdə azarkeşlərin səsini, dəstəyini eşidirik. Çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir.

Komandanın digər hücumçusu Tomaş Pekqartın yaxşı karyerası, təcrübəsi var. Mən gənc oyunçuyam, hələ öyrənirəm. Kimin oynayacağı ilə bağlı qərarı baş məşqçi verəcək. Seçim onundur. İki hücumçu da ola bilər, bir də. Bu, baş məşqçinin seçimi olacaq. Mənim üçün önəmli olan komandanın qələbə qazanmasıdır. Zinəddin Zidanın belə bir sözü var: ehtiyatda oturmağı bacarmayan yaxşı futbolçu ola bilməz. Baş məşqçiyə və komanda yoldaşlarıma hörmətlə yanaşıram”.

Sabah keçiriləcək “Legiya” – “Bude-Qlimt” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button