“Lisenziya sevincini ilk olaraq ailəmlə bölüşdüm”
“Tokio olimpiadasına lisenziya qazandığım üçün çox sevindim. Sevincimi ilk növbədə ailəmlə bölüşdüm”.
Komanda.az xəbər verir ki, bu fikirləri Azərbaycan boksçusu Məhəmməd Əliyev (+91) Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı pandemiyanın hazırlıq prosesinə mənfi təsir etdiyini bildirib: “Uzun müddət yarışlara çıxa bilmədik. Məşqlərimiz olmadı. Yenə də özümüzü toparladıq və olimpiadaya lisenziya əldə etdik”.
Əliyev idmandakı kumirlərini də açıqlayıb: “Bu, həm məşqçim, həm də əmim olan Etibar Abdullayevdir. Onun üslubunu hər zaman bəyənmişəm. Dünyada isə ukraynalı Aleksandr Usikin döyüş stili və cəldliyi hər zaman xoşuma gəlib. Məşqlərini izləmişəm. Bu iki şəxs mənim kumirimdir”.
Boksçu “Öz çəkində əsas rəqibin kimdir” sualına bu cür cavab verib: “Rəqiblərin hamısı əsasdır. Çünki olimpiadaya zəif boksçu gəlmir. Güclü idmançıdır ki, lisenziya qazanıb”.
Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul – 8 avqustda olmalıdır.
Bizi Facebook-da izləyin