Bundesliqa klubunda ayrılıq
Almaniyanın “Auqsburq” klubu müdafiəçisi Marek Suxi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək kayrerasında uğurlar arzulanıb.
Çexiyalı müdafiəçinin yeni klubu da bəllidir. O, bundan sonra ölkəsində “Mlada Boleslav”ın uğurları üçün çalışacaq. Suxi qarşıdakı iki ili məhz Çexiya klubunda keçirəcək.
Çexiya yığmasında da oynamış Suxi, 2019-cu ildən “Auqsburq”da forma geyinirdi. O, əvvəllər “Bazel”, “Spartak” (Moskva) və “Slaviya” (Praqa) klublarının da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin