“Liverpul” İtaliya millisinin üzvü ilə maraqlanır
“İnter”in və İtaliya milli komandasının futbolçusu Nikolo Barella karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Liverpul” klubu 24 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.
“Liverpul” Barellanı komandadan ayrılan Corcinyo Veynalduma əvəzləyici olaraq düşünür. “İnter” rəhbərliyi isə yarımmüdafiəçini satmağa müsbət yanaşmır.
Barellanın “transfermarkt”da dəyəri 65 milyon avrodur. Yarımmüdafiəçi İtaliya yığması ilə AÇ-2020-də iştirak edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin